Bakıda magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Azpost.info bildirir ki, bu barədə “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, hazırda kəmərin su ilə doldurulması və qazılmış ərazidə yol yatağının bərpası işləri aparılır.

Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub.

Əvvəlki məqalə

Anar Yazıçılar Birliyinin sədri seçilib –

Sonrakı məqalə

“Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?” –