Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb

Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, rayon polis idarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı 1989-cu il təvəllüdlü İntiqam İbrahimov tutularaq istintaqa təqdim edilib. Həmin şəxsdən ümumilikdə 25 büküm xüsusi formada qablaşdırılan metamfetamin və marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyənləşdirilib ki, İ.İbrahimov narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olub. O, həmçinin paytaxt ərazisində fəaliyyət göstərən sərnişindaşıma xətlərinin birində sürücü işləyir və həmin şəxs avtobus idarə edən zaman narkotiklərin təsiri altında olub.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları mübarizə tədbirlərini davam etdirirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.