Bakıda qardaş hamilə bacısını bıçaqlayıb

Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

Hadisə Yefim Saratov küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.

Daha sonra o kürək nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda o, cərrahi əməliyyat edilir.

Qeyd edək ki, Y.Qasımova hamilədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. (APA)

Əvvəlki məqalə

Ermənistan Laçın yolunun blokadada olması barədə yalan məlumatlar yayır –

Sonrakı məqalə

20 Yanvar faciəsindən 33 il ötür