Azərbaycan Tibb Univeristetinin (ATU) Tədris Cərrahiyyə Klinkasınında intihar hadisəsi baş verib.
1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsində eyvandan ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasındakı intihar hadisəsi ilə bağlı açıqlama verib.
ATU-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır:
“Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək. Açıqlamalar yalnız istintaq orqanı tərəfindən verilə bilər. Qeyd edək ki, intihar edən klinikada müalicə alanlardan biri olub”.