Bakıda ticarət mərkəzinə partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Bakıda “Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.

Hüquq-mühafizə orqanları tərəfindən ticarət mərkəzində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Mərkəzdə olanlar təxliyə olunub, bina yoxlanıb, hər hansı partlayıcı aşkarlanmayıb.

Polis yanlış məlumat verən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat təsdiq olunub.

Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

Bu yay TikTok-da trend olan mahnılar açıqlanıb

Sonrakı məqalə

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi