Bakıda zəlzələ vulkanın altından naməlum qala divarını üzə çıxardı –FOTO

“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”.

APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.

“Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək”, – məlumatda vurğulanıb.

Əvvəlki məqalə

“Türkiyə və Yunanıstan öz problemlərini həll edəcək iradəyə sahibdir”

Sonrakı məqalə

“Fransanın Ermənistana silah göndərməsi sadəcə, təxribatdır”