Bakının mərkəzində bir qrup qadın Beynəlxalq Qadınlar günü ilə bağlı etiraz aksiyası keçirib.
Azpost.info bildirir ki, əllərində müxtəlif şüarlar yazılmış plakatlar tutmuş etirazçılar Fəvvarələr Bağına toplaşıblar. Polis aksiyaya müdaxilə etməyib. Təhlükəsizliyi təmin edilməsi üçün hərəkəti tənzimləyib.
Aksiya etirazçıların qətnamə oxunması ilə başa çatıb.