Bakının mərkəzində bu gün bayram konserti təşkil ediləcək

Bakıda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə konsert proqramları təşkil ediləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, dekabrın 31-i saat 15-00-dan 16-00-a kimi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində 3 yerdə (1 – Natəvanın heykəlinin qarşısı, 2 – Xaqani bağı və 3 – Fəvvarələr bağı McDonald’s-in qarşısı) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhər sakinləri və qonaqlar üçün konsert proqramları (muğam – trio, skripka – trio, caz musiqisi) təşkil ediləcək.

Əvvəlki məqalə

Laçın-Xankəndi yolunda aksiya davam edir –

Sonrakı məqalə

Ronaldo Ərəbistanda necə futbol oynayacağından danışdı