Bank kartından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Bank kartından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

DİN-dən bildirilib ki, Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1340 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakinləri Kamil Qasımov, qardaşı Murad və Gəncə şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.