Banklar müştərilərini itirir –Bir ayda sayı 355 min nəfər azalıb

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin fevral ayında 7 milyon 700 min 857 nəfər təşkil edib. 2019-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 milyon 98 min 120 nəfər olub. Belə ki, bu ilin fevralında illik müqayisədə bank müştərilərinin sayı 602 min 737 nəfər və yaxud 8,5% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

2020-ci ilin yanvarında isə bank müştərilərinin sayı 8 milyon 56 min 140 nəfər olub ki, bu da aylıq müqayisədə fevralda bank müştərilərinin sayının 355 min 283 nəfər və yaxud 4,4% azalması deməkdir.

Bank müştərilərindən 7 milyon 588 min 825 nəfəri fiziki şəxslər, 112 min 32 nəfər isə hüquqi şəxslərdir.

2020-ci ilin fevral ayına müştəri hesablarının sayı 18 milyon 989 min 640 ədəd olub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 11% azalma deməkdir. Cari ildə müştərilərin kredit hesabları da 7% azalaraq  2 milyon 676 min 174, depozit hesabları isə 8,4% artaraq 346 min 285 olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda vətəndaşların kommunal xərclərinin bir hissəsini hökumət ödəyəcək

Sonrakı məqalə

Koronavirus göz xəstəliyinə də təsir edir