Mart ayında pandemiya və gərgin maliyyə bazarları fonunda Rusiya bankları ölkəyə 4,95 milyard ABŞ dolları və 1,13 milyard avro nağd pul idxal ediblər.
“APA-Economics” RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında məlumat yer alıb.
Məlumatda bildirilir ki, fevral ayı ilə müqayisədə nağd dolların tədarükü təqribən 9,6 dəfə artıb. Banklar bundan daha çox yalnız 2014-cü il böhranının mart və dekabr aylarında (müvafiq olaraq 9,5 və 10,15 milyard dollar) idxal ediblər.