Baş Prokurorluq general Rövşən Əkbərovun həbs xəbərini təsdiqlədi –

Nədə ittiham olunur?
16 Mart 2021 - 09:59

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, R.Əkbərovun həbs edilməsi barədə yayılan xəbərlər doğrudur.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub.

R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.

Belə ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.