Baş Prokurorluq Lənkəranda məktəbli qızın döyülməsi ilə bağlı açıqlama verdi

Baş Prokurorluq Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı daha bir açıqlama yayıb.

“Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir”.

Qeyd edək ki, iddialara görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qıza attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olduğu bildirilir.

Əvvəlki məqalə

Sabah temperatur 44 dərəcəyə çatacaq

Sonrakı məqalə

“Dünya əfqan xalqını tərk etdi” –