Başqasına məxsus kart hesabında olan vəsaitin hansısa formada sahibindən icazəsiz, gizli ələ keçirilməsi məsuliyyət yaradır.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin açıqlamasında deyilir.
Məlumatda qeyd olunur ki, başqasına məxsus bank kartından pul çıxaranlar bilməlidir: İtirilmiş, hardasa unudulan başqa şəxslərə məxsus bank kartlarından istifadə etməklə ödəniş və digər əməliyyatların aparılması qadağandır.
“Başqasına məxsus kart hesabında olan vəsaitin hansısa formada sahibindən icazəsiz, gizli ələ keçirilməsi müvafiq məsuliyyət yaradır. Vətəndaşın tapdığı bank kartı ilə bağlı 102 Zəng Mərkəzinə, yaxud aidiyyəti üzrə məlumat verməsi onu məsuliyyətdən azad edir”.