Bayden Putinin çıxış edəcəyi G20 sammitində iştirakdan imtina etdi- “Bloomberg”

Prezident Vladimir Putinin Ukrayna ilə müharibə başlayandan bəri ilk dəfə iştirak etməyə qərar verdiyi G20 liderlərinin sammiti əsas dünya güclərinin liderləri olmadan keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” G20-nin sədri kimi tədbiri təşkil edən Hindistan Xarici İşlər Nazirliyinə istinadən yazıb.

Məlumata görə, ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin noyabrın 22-də videokonfrans vasitəsilə keçiriləcək G20 virtual görüşündə iştirakdan imtina ediblər.

Putinin 2021-ci ildən bəri ilk dəfə çıxış edəcəyi sammitdə Çini Si Cinpin əvəzinə Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Çyan təmsil edəcək.

Hindistanın xarici işlər naziri Vinay Kvatra ABŞ prezidentini kimin əvəzləyəcəyini açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Səhiyyə Nazirliyi antibiotiklərlə bağlı əhaliyə müraciət edib

Sonrakı məqalə

Güclü külək əsəcək