ABŞ prezidenti Co Baydenin “Komandor” adlı iti ABŞ məxfi xidmətnin 11 əməkdaşını qapıb.
Azpost.info bildirir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ Məxfi xidmətinin sözçüsü Entoni Quqlielminin dediyinə görə, ötən gecə it daha bir məxfi xidmət zabitini dişləyib.
Məxfi xidmətin keçmiş əməkdaşı Conatan Uokrou qeyd edib ki, Bayden ailəsi ABŞ prezident iqamətgahını mühaifzə edən yüzlərlə əməkdaşını iş yerində ciddi təhlükəyə məruz qoyurlar.
Bundan əvvəl Amerika prezidenti Co Bayden “Komandor” adlı köpəyinin yeni il tətili zamanı Delaver ştatında dövlət başçısının evini mühaifzə edən məxfi xidmət agentinə hücum etdiyini bildirilmişdi.
Azpost.info