Bel ağrısının əsas səbəbləri və qarşısını almağınYOLLARI

Bel ağrısının əsas səbəblərindən biri bədəndə xroniki maye çatışmazlığıdır.

Azpost.info xəbər verir ki, bu barədə britaniyalı mütəxəssis Li Kartrayt bildirib.

Eyni zamanda pis qidalanma da narahatlığa səbəb olur.

Kartraytın sözlərinə görə, xroniki susuzlaşdıqda oynaqların, disklərin və birləşdirici toxumaların bədəni dəstəkləməsi çətinləşir. Bəzən bel ağrısı qarnı üstə yatmaq vərdişindən də qaynaqlanır. Bu mövqe onurğalara təzyiq göstərir.

Qida rasionunda zülalın olmaması və şəkərin çox olması da ağrıların səbəblərindəndir.

Bel ağrısını aradan qaldırmaq üçün meyvə, tərəvəz və tam taxıl kimi daha tam, işlənməmiş qidalar yemək tövsiyə olunur. Bunlar iltihabı azaltmağa kömək edir.

Bundan başqa, insan masada oturarkən boynunu irəli itələyirsə, bel ağrısı baş verə bilər. Ağrıdan xilas olmaq üçün

Kartrayt aktiv həyat tərzi keçirməyi və idmanla məşğul olmağı tövsiyə edir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.