Belarus səfiri Həzi Aslanovun abidəsini ziyarət edib –FOTO

Fevralın 4-də Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və səfirliyin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər, abidənin qarşısına gül dəstələri qoyublar.

Bu barədə Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ziyarət H. Aslanovun anadan olmasının 110 illiyi münasibətilə təşkil olunub.

Bildirilib ki, H. Aslanov Böyük Vətən müharibəsi illərində Belarus ərazisində ən aktiv döyüşlərdə iştirak edib, bilavasitə onun rəhbərliyi altında tank briqadası Vileyka, Molodeçno və ölkənin digər yaşayış məntəqələrini işğaldan azad edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sərhədçilər hansı qəzetləri oxuyurlar? –

Sonrakı məqalə

“Otuz il öncə alimlərin xəbərdarlıq etdikləri hadisələr baş verir” –