Belarus XİN Paşinyana cavab verdi

Belarus Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Minsklə bağlı açıqlamalarını uzaqgörən olmayan mövqe kimi qiymətləndirib.

Azpost.info xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, Ermənistanda daxili siyasi vəziyyətin nə qədər ağır inkişaf etdiyini, ölkə daxilində qarşıdurmanın nə qədər sürətlə artdığını hər kəs görür.

“Fərqli insanların ciddi emosional stresə qarşı fərqli müqaviməti var və bu başadüşüləndir. Belarusun bununla nə əlaqəsi olduğunu başa düşmürük. Əgər kimsə xarici düşməni göstərməklə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörənlik deyil”, – o deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.