“Belə vəziyyətlə çoxdandır üzləşməmişdik” –MESSİ

“Bəhanəmiz yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin futbolçusu Lionel Messi deyib.

Ulduz hücumçu DÇ-2022-nin ilk turunun Səudiyyə Ərəbistanı ilə matçındakı məğlubiyyətə şərh verib: “Biz heç vaxt olmadığı qədər birləşməliyik. Bu komanda güclüdür və bunu göstərib. Belə vəziyyətlə çoxdandır üzləşməmişdik. İndi biz əsl komanda olduğumuzu göstərməliyik”.

Qeyd edək ki, birinci hissədə hesabı açan Argentina ikinci yarıda buraxılan qollarla 1:2 hesabı ilə uduzub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.