Beş ayda Bakı sakinləri müxtəlif xidmətlərə 2 milyard manat ödəyib

2022-ci ilin yanvar-may aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 2 milyard 156,5 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 762,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil edib.

Əvvəlki məqalə

Beş ayda vətəndaşlar kafe və restoranlarda 374 milyon manat xərcləyib

Sonrakı məqalə

Azərbaycan xaricə neftdən başqa ən çox hansı məhsulları ixrac edir?