“Beşiktaş” klubunun Bakıya səfər proqramı açıqlanıb

“Sabah” futbol klubu ilə xeyriyyə matçında qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandasının Bakıya səfər proqramı açıqlanıb.

İstanbul təmsilçisi Bakıya oyun günü – mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.

Türkiyə təmsilçisi “Hilton” hotelində məskunlaşacaq. Super Liqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Artıq bu oyuna 20 min bilet satılıb.

Əvvəlki məqalə

Biləsuvarda zəlzələ olub

Sonrakı məqalə

Çinin xarici ticarəti 5,8 faiz artıb