Beynəlxalq Məhkəmə qərarında Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında irəli sürdüyü digər məsələ isə bütün şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin tam dayanıqlı və azad şəkildə Laçın yolundan keçməsi ilə bağlı Azərbaycana öhdəliyin müəyyən edilməsinə dair olub. Bununla bağlı da mövqeyimiz bildirilib.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

“Qeyd olunub ki, üçtərəfli bəyanata əsasən, Laçın yolunda nəzarət Rusiya sülhməramlılarına aiddir və Azərbaycanın öhdəliyi humanitar məqsədlə keçidlərin təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanın bu günə qədər olduğu kimi, bundan sonra da öz öhdəliklərinə sadiq olduğu məhkəmə dinləmələrində səsləndirilib. Zəmanət verilib ki, məhz humanitar məqsədlər üçün hərəkətlərin təhlükəsizliyi təmin ediləcək. Məhkəmə qərarını açıqlayanda Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb”, – nazir müavini vurğulayıb.

Əvvəlki məqalə

Fransa son 1 ildə ukraynalı qaçqınlara yarım milyard avro xərcləyib

Sonrakı məqalə

Gürcüstan Baş naziri Türkiyəyə səfər edib