Bill Qeyts dünyadakı kasıblar üçün 8 milyard dollar xərcləyəcək

Bill və Melinda Qeyts Fondu 2024-cü ildə böhran və “Covid-19” pandemiyasından sonra qlobal maliyyələşmənin kəsilməsi fonunda aşağı gəlirli ölkələrdə insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün rekord məbləğdə vəsait – 8,6 milyard dollar xərcləyəcək.

Azpost.info xəbər verir ki, bu barədə fondun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, maliyyə artımına 2030-cu ilə qədər milyonlarla insanın həyatını xilas edə biləcək səhiyyə innovasiyalarına dəstək daxildir.

Fondun idarə heyətinin razılaşdırdığı 2024-cü il büdcəsi ötən illə müqayisədə 4 faiz və 2021-ci ilə nisbətən 2 milyard dollar çoxdur.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.