Binəli Yıldırım Prezident İlham Əliyevə Orta Dəhlizin inkişafında roluna görə təşəkkür edib

İşğal dövründə xarabazara çevrilmiş Şuşa azad ediləndən sonra ayağa qalxır. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

Bunu Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.

Binəli Yıldırım qeyd edib ki, bu gün görüşün əsas mövzuları nəqliyyat əlaqələri, Orta Dəhliz və iqlim dəyişikliyinə qarşı mübarizədir: “Çinlə Avropa arasında 600 milyard dollarlıq ticarət dövriyyəsi var. Bu ticarət dövriyyəsinin çox cüzi qismi Orta Dəhliz üzərindən həyata keçirilir. Rusiya və Ukrayna müharibəsinə baxmayaraq, 600 milyard dollarlıq ticarət dövriyyəsinin əksər qismi Şimal Dəhlizi, 40 faizi Cənub Dəhlizi, yalnız 5 faizi Orta Dəhliz üzərindən həyata keçirilir.

Bu məsələ ilə bağlı da Prezident İlham Əliyevə təşəkkür edirəm, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə liderlik etdi. Gürcüstanın dəmir yolu xəttinə məsafəli dayanmasına baxmayaraq, bu, aşıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun hazırda Orta Dəhlizin əsas mərhələlərindən birini təşkil edir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının 1/3-nə ancaq çatılıb, 2030-cu ilə kimi bunu 11 milyon ton yükə çatdırmaq mümkündür”.

Binəli Yaldırım bir sıra bürokratik maneələrin aradan qaldırılması nəticəsində Orta Dəhlizin Şərqlə Qərb arasında ən əsas dəhlizə çevrilə biləcəyini vurğulayıb. O, bu istiqamətdə TDT Ağsaqqallar Şurası olaraq çalışa biləcəklərini nəzərə çatdırıb.

Əvvəlki məqalə

Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq

Sonrakı məqalə

Slovakiya Baş naziri sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb