Binəli Yıldırım xəstəxanadan evə buraxıldı, açıqlama verdi –"Maşın iki dəfə aşdı..."

Azərbaycanda yol qəzası keçirən AK Partiyanın sədr müavini Binəli Yıldırım İstanbulda yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.

Bu barədə NTV xəbər yayıb.

Siyasətçi jurnalistlərə açıqlamasında bunları deyib: “Avtomobil bir neçə dəfə aşdı, ağır qəza keçirdik. Hadisə nəticəsində başımda cərrahi müdaxilə tələb olunan kəsik var idi. İki dəfə əməliyyat olundum. Bundan başqa, körpücük sümüyü ayrılmışdı, bu da həll edildi. İki qabırğa sınığım var idi, bunlar da zamanla yaxşılaşacaq.

Azərbaycanda edilən ilk müdaxilənin ardından məmləkətimizə qayıtdıq. Yaxşıyıq, bundan sonrakı müalicəmiz evdə davam edəcək”.

Əvvəlki məqalə

Göyçayın sabiq icra nümayəndəsi 800 min manat rüşvət alıb –

Sonrakı məqalə

Şahin Mustafayev Paşinyanın “sərhəddə 3 məntəqə” təklifinə cavab verdi