Binəqədidə 2 nəfərə bıçaqla xəsarət yetirən 22 yaşlı gənc saxlanılıb

xəstəxanaya
xəstəxanaya

İyulun 25-i axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü E.Mirzəyev və 1990-cı il təvəllüdlü P.Alışovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimli APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 2002-ci il təvəllüdlü P.İmanov saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalar Binəqədi Rayon Polis İdarəsində davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.