Bir il ağrılara dözdü: infeksiya deyilən simptomlar xərçəng çıxdı

Böyük Britaniyada yaşayan 32 yaşlı Tasmin Rubin bir ilə yaxın müddətdə qarınaltı nahiyədə şiddətli ağrılar çəksə də, ona qoyulan ölümcül diaqnoz yalnız gec mərhələdə məlum olub. AzPost Mirror nəşrinə istinadla xəbər verir ki, iki uşaq anası olan qadının ağrıları uzun müddət infeksiya əlaməti kimi qiymətləndirilib.

Qadının səhhətində problemlər hələ illər əvvəl başlayıb. Doqquz il əvvəl, kiçik oğlunu dünyaya gətirdikdən sonra həkimlər onda endometriozun dördüncü mərhələsini aşkarlayıblar. Xəstəlik nəticəsində uşaqlıq, bağırsaq və sidik kisəsi bir-birinə yapışıb və Tasmin uşaqlığın çıxarılması əməliyyatı üçün növbəyə alınıb.

2024-cü ildə çanaq nahiyəsində ağrılar daha da şiddətlənib. 2025-ci ilin fevral ayında isə yeni simptomlar ortaya çıxıb: qeyri-adi ifrazatlar, qanaxmalar və tez-tez təkrarlanan sidik yolları infeksiyaları. Qadın həkimə müraciət edib və insan papilloma virusu (HPV) üzrə analiz verib. Test müsbət çıxsa da, həmin vaxt xərçəng aşkar edilməyib, simptomlar isə infeksiya və endometriozla izah olunub.

Buna baxmayaraq, Tasminin vəziyyəti getdikcə pisləşib və ağrılar səngiməyib. Yalnız 2025-ci ilin dekabr ayında ona uşaqlıq boynu xərçənginin üçüncü mərhələsi diaqnozu qoyulub.

Qadının sözlərinə görə, əgər xəstəlik daha erkən aşkar edilsəydi, sadəcə cərrahi əməliyyatla müalicə mümkün olardı və hazırda üzləşdiyi ağır müalicə prosesindən yayınmaq olardı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.