“Bizə atəşkəs yox, davamlı sülh lazımdır”- Rusiya prezidenti

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Macarıstan Baş naziri Viktor Orban ona Ukrayna ilə bir neçə günlük Milad barışığı və əsirlərin mübadiləsini təklif edib.

Azpost.info xəbər verir ki, Rusiya dövlət başçısı birbaşa xətt zamanı bu planı qəbul etdiyini vurğulasa da, Ukrayna lideri Vladimir Zelenskinin bundan imtina etdiyini deyib.

Putin həmçinin vurğulayıb ki, Ukrayna münaqişəsində Rusiyaya atəşkəs yox, davamlı sülh lazımdır. Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri Qərb ölkələri tərəfindən təlim keçir və onlar nə etmək lazım olduğunu bilmirlər.

“Uzun müddət davam edən atəşkəs düşmənə kadrların yenidən hazırlanması ilə məşğul olmaq imkanı verəcək”, – Putin deyib.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclisin payız sessiyası dekabrın 29-da başa çatacaq

Sonrakı məqalə

Əli Əsədov Qahirədə Ərdoğan və digər dövlət başçıları ilə görüşüb