“Biz təkcə vəd vermirik, həm də real olaraq qayıdırıq!”- Xersonda olan Zelenskidən AÇIQLAMA (VİDEO)

Azad edilmiş Xersona səfər edən Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərin suallarını cavablandırıb.

Azpost.info xəbər verir ki, Zelenski Rusiyanın Xersonu atəşə tutması təhlükəsinə baxmayaraq, şəhərə gəlməyə necə risk etdiyi ilə bağlı suala cavab verib.

“Bəs, Xerson qarpızı?” – deyən prezident əvvəlcə zarafat edib.

“Düzünü desəm, burada olmaq vacibdir. Hər kəs risk altındadır. Hərbçilər hər gün risk altındadır, jurnalistlər risk altındadır. Siz də buradasınız, biz Xerson haqqında danışırıq. Mənə elə gəlir ki, burada olmaq, Xerson sakinlərini dəstəkləmək, insanlara dəstək olmaq lazımdır. Hiss etsinlər ki, biz nəinki bundan danışırıq, biz nəinki vəd veririk, biz həm də real olaraq qayıdırıq, bayrağımızı qaldırarıq. Mən də bir insan olaraq insanlardan emosiyalar, enerji almaq istəyirəm. Bu da motivasiya edir”, – Zelenski bildirib.

Azpost.info

Əvvəlki məqalə

İndoneziyada olan Lavrov xəstəxanaya yerləşdirilib?

Sonrakı məqalə

G20-də Baydenlə Si Cinpinin görüşü başladı