Blinken ABŞ-İran oyununu Ukrayna XİN başçısı ilə birgə izləyib –FOTO

Prezident Co Bayden və dövlət katibi Entoni Blinken ABŞ yığmasının futbol üzrə Dünya Çempionatının qrup mərhələsində İran üzərindəki qələbəsini qeyd edib.

Bayden oyundan öncə komandanın baş məşqçisi və oyunçuları ilə əlaqə saxlayaraq onlara qalib gələ biləcəklərini deyib.

“ABŞ bir, İran sıfır. ABŞ! ABŞ! Bu, böyük oyundur”, – Bayden kütlə qarşısında çıxışında deyib.

Həlledici oyunu ABŞ dövlət katibi Entoni Blinken Aspen-GMF Buxarest Forumunda iştirak edən digər ölkələrdən olan həmkarı ilə birlikdə izləyib.

Blinken oyundan sonrakı “Twitter“ paylaşımında komandasının qələbəsinin ABŞ-ı qürurlandırdığını qeyd edib. Oyunu Blinkenlə yanaşı, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba izləyib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin də qələbə münasibətilə sosial şəbəkə hesablarında paylaşım edilib.

“ABŞ-ın futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası – İrəli!”, – paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ qrup mərhələsinin son turunda İrana 1:0 hesabı ilə qalib gəlib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.