Bloqer Mehman Hüseynov döyülüb –FOTO

Dekabeın 28-də gecə saatlarında bələdiyyə seçkilərində namizəd, deputatlığa namizəliyini irəli sürmüş bloqer Mehman Hüseynov Bakıda, Fəvvarələr meydanında polis əməkdaşları tərəfindən saxlanılıb.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, o, polis avtomobilinə mindirilərək Bakıdan 20 kilometr aralıda, Lökbatan qəsəbəsi ərazisində çöllüyə aparılıb və döyülüb.

Bu barədə Hüseynovun özü jurnalistlərə bildirib. Bu hadisə Mehman Hüseynov və digər fəallar dünən axşam saatlarında Daxili İşlər Nazirliynin binası qarşısında reper Pərviz Quluzadəyə (Paster) azadlıq şüarları qaldırdıqdan sonra baş verib.

“Onlar köynəyimi zorla başıma keçirdilər ki, hara aparıldığımı görməyim. Məni çöllükdə avtomobildən düşürtdülər. Deyirdilər ki, səni bir də şəhərin mərkəzində görməyək. Sonra çöllükdə atıb getdilər,”  – o qeyd edib.

Bloger gecə qaranlığında avtomobil yoluna çıxıb və telefonla dostları ilə əlaqə saxlayıb. Dostları onu xəstəxanaya çatdırıb. Hüseynov xəstəxanada müayindədn keçib, polisin hərəkətindən şikayət edəcəyini bildirib.

Rəsmi qurumlar hələ blogedin saxlanılması və döyülməsi ilə bağlı dediklərinə münasibət bildirməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gecə cəbhə xəttində snayper tüfəngləri ilə atəşkəs pozulub

Sonrakı məqalə

Prezidentin köməkçisi Məhərrəm Əliyev: