Bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

07 Noyabr 2019 - 21:03

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

“Report”un məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb. 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından “Report”a faktı təsdiqləyiblər.  Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.