ABŞ dövlət katibi Blinken bu gün BMT Baş Assambleyasında çıxışı zamanı BMT-də islahatların vacibliyini bəyan edib.
Azpost.info bildirir ki, dövlət katibi Almaniya, Yaponiya və Hindistanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul edilməsini təklif edib.
O deyib ki, BMT 1945-ci ildə mövcud olmuş dünyanı deyil, bu günkü və sabahkı dünyanı əks etdirməlidir. Yeni dövrə adaptasiya olunmalıdır.
Blinken eyni zamanda deyib ki, ABŞ BMT Nizamnaməsinin əsas prisnisplərinin təftişinə və dağıdılmasına imkan verməyəcək.