“BMT ABŞ-ın təzyiqinə görə Fələstin problemini heç vaxt həll edə bilməyib”– Mahmud Abbas

Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın təzyiqinə görə Fələstin problemini heç vaxt həll edə bilməyib.

Azpost.info xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas Novo-Oqarevoda Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

“1947-ci ildən bəri BMT Baş Assambleyada və Təhlükəsizlik Şurasında Fələstin məsələsi ilə bağlı mindən çox qətnamə qəbul edib. Lakin BMT ABŞ-ın təzyiqi nəticəsində sonda öz missiyasını yerinə yetirə bilməyib və Fələstin xalqının hüquqlarının həyata keçirilməsini təmin edəcək bircə qətnamə qəbul edə bilməyib.”, – Abbas bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.