BMT Baş katibinin xüsusi nümayəndəsi Dəməşqə gəlib

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Dəməşqə gəlib.

Bu barədə Suriyanın “Əl Vətən” qəzeti məlumat yayıb. Nəşr səfərlə bağlı başqa təfərrüatlara yer verməyib.

Dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı region ölkələrini Suriyanın ərazi bütövlüyünü pozan hər hansı hərəkətdən çəkinməyə çağırıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin sözlərinə görə, region dövlətləri və beynəlxalq ictimaiyyət Suriya xalqının öz yolunu seçə bilməsi üçün onlara dəstək olmağa diqqət etməlidir.

Əvvəlki məqalə

Şeyxülislam Vatikanın katibi ilə görüşüb

Sonrakı məqalə

Qara dənizdə fırtına rus tankerlərini zədələyib, ölən var