Sentyabrın 20-24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilmiş “Gələcəyin Sammiti”nin iştirakçıları olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri COP29-a ev sahibliyi edəcək Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm töhfəsini vurğulayan, inklüzivliyi müdafiə edən bəyanat yayıb. Bəyanatı 22 ölkədən 44 QHT nümayəndəsi imzalayıb.
“Birlikdə sağlamlaşma: davamlı gələcək üçün inklüziv yollar” adlı bəyanatı təqdim edirik:
“COP29-a doğru irəlilədiyimiz bu günlərdə müzakirələrimizdə və fəaliyyətlərimizdə inklüzivliyi prioritetləşdirmək vacibdir. Qərarqəbuletmə proseslərində bütün tərəflərin mənalı iştirakı “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”nin irəliləməsi üçün əsasdır. İqlim dəyişmələri hamımıza təsir etsə də, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu qrupların səsləri yalnız eşidilməməli, həm də onlar siyasət və nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Bu, gənclərin, qadınların və öndə olan digər qrupların təmsilçiliyinin artırılmasını da əhatə edir.
Vətəndaş cəmiyyəti təşkilatları bu səslərin gücləndirilməsində mühüm rol oynayır. Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etməyə çağırırıq. Sözügedən həllər həm də iqlim böhranının təcili xarakterini əks etdirməklə, təxirəsalınmaz və praktik olmalıdır.
Biz xüsusilə dünyada iqlim dəyişmələrinin təsirləri ilə mübarizə aparan, uyğunlaşmaq üçün məhdud resurslara malik olan həssas icmalarla həmrəylik nümayiş etdiririk. Vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatlar və iqlim ədaləti fəalları kimi biz müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviq edən gündəmin təbliğində COP29 Sədrliyinə dəstək verməyə hazırıq.
Bundan əlavə, biz qadınlar və qızlar daxil olmaqla, həssas qrupların və digər əsas maraqlı tərəflərin səslərinin iqlim müzakirələrinin mərkəzində olmasını təmin etmək üçün COP29 əvvəl, tədbir zamanı və ondan sonra yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq.
İndi qətiyyətli addımlar atmağın vaxtıdır və biz bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırıq ki, öhdəlikləri konkret nəticələrə çevirək. Gəlin, bütün insanların hüquqlarına hörmət edən və gələcək nəsillər üçün planetimizi qoruyan davamlı bir gələcək inşa edək.
Bəyanatı imzalayanlar:
1. Grove Harris, “Anlaşma Məbədi” – ABŞ
2. Prof. Husna Ahmad, “Global One 2015” – İngiltərə
3. Jean-Paul NGUEYA, “Dünya Gəncləri Fəaliyyətdədir” (“Jeunesse du Monde en Action”) – Fransa
4. Gordon Rattray, Avropa Əlillər Forumu – Belçika
5. Phumlani Magagula, “GreenShift” Təşəbbüsü – Esvatini
6. Abdullah Nawab, “Davamlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsü” (“BRISD”) – Pakistan
7. Aytakin Asgarova, “IndiGenius Global” – ABŞ
8. Clare Jagunna, “Ürəkləri Qaldıran Əllər Təşəbbüsü”– Kanada
9. Fred Sullivan, “Man Up Campaign US, Inc.” – ABŞ
10. Alena Maslova, “Dobrosphera” – Qırğızıstan
11. Maria Jose Lubertino Beltran, “İnsan Hüquqları üzrə Vətəndaş Assosiasiyası – Ətraf Mühitin Müdafiəçiləri Şəbəkəsi” – Argentina
12. Stephen, “Birləşmiş Sosial Rifah Cəmiyyəti” – Pakistan
13. Alan Jarandilla Nuñez, “IYAFP” – Boliviya
14. Mahamat Abdelkerim Abbas, “Gənclər üçün Beynəlxalq Yardım”– Çad
15. Qaiser Nawab, “THE” Beynəlxalq Cəmiyyəti – Pakistan
16. Mohamed Abderraheman Cheikh, “Yaşıl Mavritaniya Gənclər Şəbəkəsi – “GreeM”” – Mavritaniya
17. Carmen Capriles, “İqlim Təsiri” (“Reacción Climática”) – Boliviya
18. Dr. Mohammad Shakeel Ahmed, “Davamlı İnkişaf üçün Qlobal Strateji İnstitut” (“GSISD”) – Pakistan
19. Hawa Sidibe, “İnsan Hüquqlarının İnkişafı və Təşviqi Assosiasiyası” – Mavritaniya
20. Ann. Makena Kobia, “Pan-Afrika İqlim Ədaləti Alyansı” – Keniya
21. Aniedi Ene Inyang, “Enemas Fondu” – Nigeriya
22. Michael Kakande, “Davamlı40” (“Resilient40”) – Uqanda
23. Aynalem Getie Gismie Lem, “Ətraf Mühit və İnkişaf Cəmiyyəti” – Efiopiya
24. Edith Achamukong Lum, “Dayanıqlı Barmaqlar” (“Sustainable Fingers”) – Kamerun&Niderland;
25. Lola İbrahim, “Zorakılığa və İstismara Qarşı Qadınlar” (“WAVE Fondu”) – Nigeriya
26. Erick Mutua Mbeva, “GCCIAFRICA” – Keniya
27. Qaiser Nawab, “Pakistan İqlimi üçün Gənclər” – “COP Mənim Şəhərimdə”– Pakistan
28. Hassan Abdilahi, “MOAD” – Somali
29. Naomi Jepchumba Kurgat Endorois, “Qadınların Gücləndirilməsi Şəbəkəsi” – Keniya
30. Cynthia Buluebiere Bright
Gbolekekro “Qadınların Gücləndirilməsi və İnkişafı Təşkilatı” (GWEDO) – Nigeriya
31. Waqas Ahmad, “İslamabad Beynəlxalq İslam Universiteti” – Pakistan
32. June Bartuin, “Yerli Xalqlar üçün Sülh və İqlim Ədaləti” – Keniya
33. Andin Ntali, “Buea Universiteti” – Kamerun
34. Nathan Kipchumba, “Kimajani Yaşıl Afrika” – Keniya
35. Kunlomia Kaspa Bobga, “Yaşıl Qlobus Təşkilatı” – Kamerun
36. Jules Cesar Redombina-Ogandaga, “AGRI’PROTECT” – Qabon
37. Steven Dereck Chinsendenji, “Ümid Verənlər Fondu” (“Hope Givers Foundation”) – Malavi
38. Adan Abdi Baraka, “Mandera” – Keniya
39. Ndeye Fatou NDIAYE, “Karbon Qvineya” (“Carbone Guinee”) – Seneqal
40. Francisca Belie Elangwe, “Yaşıl və Daha Yaxşı Dünya” – Kamerun
41. Jackline sekento lankas, “Qadınlar və Qızların Əlillik Şəbəkəsi” – Keniya
42. Zoneziwoh Mbondgulo-Wondieh, “Qadınlar Dəyişikliklər Uğrunda” (Women for a Change) – Kamerun
43. Thulisile Maziya – “Qadınlar və Qızların Gücləndirilməsi Təşkilatı” – Esvatini
44. Florence Ntisai, “Yerli Qadınlar Şurası” (“Indigenous Women Council”) – Keniya.
20-24 sentyabr 2024-cü il, “Gələcəyin sammiti”, Nyu-York, ABŞ.