“Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-cü ildə orta qrant müsabiqəsinin qaliblərindən olan “Bakı QHT Resurs və Təlim Mərkəzi (BQRTM)” İctimai Birliyinin “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində ölkəmizin cənub bölgəsində, o cümlədən Lənkaran, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Salyan, Şirvan rayon və şəhərlərində 1 iyun tarixindən etibarən maarifləndirici tədbirlərin icrasına başlanılıb.

Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər və görüləcək işlər haqqında BQRTM-in sədri və layihənin rəhbəri Rauf Zeyni QHT.az- a məlumat verib.

Qeyd olunan mövzuda layihə çərçivəsində keçiriləcək tədbirlər media tərəfindən ictimaiyyətə çatdırılacaq, sonda yekun hesabat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.