Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 10-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Prezidentini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.