Borrel İsrailə HƏMAS-la bağlı çağırış edib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel İsraili HƏMAS-ın hücumlarına cavab verərkən qəzəbə qapılmamağa çağırıb.

Azpost.info xəbər verir ki, Borrel bunu İsrailə səfəri zamanı bildirib.

“Mən sizin qəzəbinizi başa düşürəm, amma icazə verin, sizdən qəzəblənməməyinizi xahiş edim. Bunu İsrailin ən yaxşı dostları sizə deyə bilər”, – Borrel bildirib.

Borrel İsrailə Qəzza əhalisinə humanitar yardım çatdırmaq üçün humanitar fasilələr axtarmaq niyyəti ilə getdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı açıqlanıb

Sonrakı məqalə

İşsiz insanlara ünvanlı sosial yardım versək, işləməyəcəklər