BQXK əməkdaşları Vaqif Xaçatryana baş çəkib

5 avqust tarixində BQXK nümayəndələri iyulun 29-da saxlanılan şəxsə bir daha baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, saxlanılan şəxslə təkbətək görüş keçirilib və o, Qızıl Xaç Məktubu vasitəsilə ailəsi ilə əlaqə saxlamaq imkanından istifadə edib.

“Mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – o qeyd edib.

Əvvəlki məqalə

ABŞ Ukrayna üzrə Ciddə konfransından razı qalıb

Sonrakı məqalə

Prezident Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib