Braziliya 1/8 finala çıxdı

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

Bu gün Braziliya yığması İsveçrəyə 1:0 hesabla qalib gəlib.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb. 3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

 

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.