Braziliyda İsa Məsihin məşhur heykəli Türkiyə bayrağına boyandı –FOTO

Fevralın 6-da baş verən və 40 mindən çox insanın həyatına son qoyan zəlzələlərdən sonra Türkiyəyə dəstək əlaməti olaraq, xilaskar Məsihin Rio-de-Janeyrodakı heykəli proyeksiya edilib.

Abidənin üzərində ingilis və portuqal dillərində Türkiyə üçün dua etməyə çağıran yazı var. Qeyd edək ki, fevralın 6-na keçən gecə Türkiyənin Şərq vilayətlərində (Suriya sərhədindən 50 km-dən az məsafədə) 7,7 bal gücündə zəlzələ baş verib. Nəticədə 38 mindən çox insan həyatını itirib. (Editor.az)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.