OPEC+ ölkələri nazirlərinin görüşünün sabah keçirilməsinin planlaşdırılması ilə bağlı xəbərlərdən sonra dünya bazarında neft bahalaşmaqdadır.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:40-a olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 2,98% artaraq 41,18 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 2,35% artaraq 38,29 ABŞ dolları olub.