“Brent” neftinin qiyməti martın 8-dən ilk dəfə 71 dolları ötüb

01 İyun 2021 - 17:00

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 2,64% artaraq 1 barelə görə 71,15 dollar təşkil edib. Sonuncu dəfə “Brent” nefti 71 dollardan yuxarı cari ilin martın 8-də ticarət olunub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,45% artaraq 68,61 dollar təşkil edib.