“Brilyant əl” filminin məşhur aktrisası yoxa çıxıb

25 Oktyabr 2021 - 17:21

Aktrisa Svetlana Svetliçnaya Moskvada itkin düşüb.

81 yaşlı aktirsanı oktyabrın 21-dən sonra görən olmayıb.

Aktrisanın polisə müraciət edən qohumu bildirib ki, o, deminsiyadan əziyyət çəkir və telefon nömrəsini unuda bilər.

S.Svetliçnayanın səhhəti çəkiliş zamanı başından zədə almasından sonra pisləşib.

Qeyd edək ki, aktrisanın ən yaddaqalan obrazı “Brilyant əl” filmindəki cazibədar Anna Sergeyevna roludur.