Böyük Britaniya yaxın vaxtlarda Livandan vətəndaşlarının təxliyəsinə kömək etmək üçün Kiprə 700-ə yaxın hərbçi göndərəcək.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.
Prosesə krallığın Xarici İşlər Nazirliyinin və sərhəd xidmətinin əməkdaşları cəlb olunacaq.
“Vətəndaşlar dərhal Livanı tərk etməlidirlər, Hökumət son günlər İsrail və Livan arasında ciddi gərginlik fonunda fövqəladə vəziyyət planları hazırlayır”, – nazirlik bildirir.
Azpost.info