Britaniya Rusiyanın dövlət TV-lərinə və jurnalistlərə sanksiya tətbiq edib

Britaniya Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı yalanlar yayan rus təbliğatçılarına və dövlət mediasına sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Tras məlumat verib.

Məlumata görə, Rusiyanın “Rossiya” dövlət telekanalının tanınmış teleaparıcısı, əvvəllər Britaniyada yaşayan Sergey Brillyuv sanksiyalara məruz qalıb. O, artıq Britaniyadakı aktivlərini istifadə edə və bu ölkədəki biznesini davam etdirə bilməyəcək. Hökumət həmçinin dövlət mediasına, o cümlədən Kreml tərəfindən maliyyələşdirilən “TV Novosti” kanalına və “Rossiya Seqodnya”ya qarşı birbaşa sanksiyalar tətbiq edib.

Sanksiyaya məruz qalan digər təbliğatçılar bunlardır: Aleksandr Jarov (“Qazprom-media”nın baş direktoru, “Roskomnadzor” keçmiş rəhbəri), Aleksey Nikolov (RT-nin idarəedici direktoru), Anton Anisimov (“Sputnik” Beynəlxalq Yayımının rəhbəri).

Britaniya hökuməti “Mariupol qəssabı” ləqəbli rusiyalı general-polkovnik Mixail Mizintsevə də sanksiya tətbiq edib. “Dezinformasiya Kremlin strategiyasının bir hissəsidir və Putin rejimi ondan işğalla bağlı həqiqətləri ört-basdır etmək üçün istifadə edir”, – Britaniya hökumətindən bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Avropa İttifaqının rəhbərliyini “qara siyahı”ya saldı

Sonrakı məqalə

Naxçıvanda məktəb təmiri zamanı divar uçub, 4 nəfər ölüb