Məşhur Hollivud aktrisa Demi Mur keçmiş əri, amerikalı aktyor Brüs Uillisin üzləşdiyi demensiya xəstəliyi ilə mübarizəsində onu tək qoymur.
Azpost.info bildirir ki, bu barədə “In Touch Weekly” xəbər verir.
Uillisin səhhətinin xeyli pisləşməsinə baxmayaraq, aktrisa aktyorla birlikdə həyatından xoş anları xatırlamağa çalışır. Məsələn, onun qızlarına necə tövsiyyə verdiyini və Demi Mura qida pozğunluğu və uşaqlıq travması ilə mübarizədə kömək etməsini yada salır.
Bütün bunlara baxmayaraq həkimlər məyusedici proqnozlar verirlər. Xəstəlik getdikcə güclənir, Brüs yaddaşını itirir. Buna görə aktrisa mənəvi baxımdan artıq Brüs Uillislə vidalaşmağa hazırlaşır.
2023-cü ilin fevral ayında Brus Uillisin ailəsi aktyorda frontotemporal demansiya inkişaf etdirdiyini açıqlayıb. Xəstəlik tədricən idrak qabiliyyətinin itirilməsinə gətirib çıxarır.
Martın sonunda aktrisa Demi Mur Brüs Uillisin qızı Rumerin dünyaya gətirdiyi nəvəsi Louetta ilə çəkdirdiyi fotonu paylaşıb.
Demi Mur Brus Ullis və hazırkı həyat yoldaşı model Emma Hemming ilə eyni evə köçüb. Mur sağalmaz xəstəlik diaqnozu qoyulan aktyorun müalicəsi üçün Emma Hemminqə kömək edir.