BŞBPİ jurnalistlərə müraciət etdi:"Peşə fəaliyyətlərinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”

“Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”.

APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərin kütləvi tədbirlər zamanı davranış qaydaları və təhlükəsizliyi ilə bağlı məsələyə münasibətində bildirib.

E.Hacıyev qeyd edib ki, kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər: “Jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində “PRESS” yazılan gödəkcə geyinmələrini tövsiyə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

3688 Azərbaycan vətəndaşı Gürcüstanın ali məktəblərinə qəbul olunub

Sonrakı məqalə

Gürcüstanda 551 Azərbaycan vətəndaşına yaşayış icazəsi verilib